XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2017 - 16:25

Bakıda Latviyanın müstəqilliyinin 99-cu ildönümü qeyd olunub –FOTO

Latviyanın müstəqilliyinin elan olunmasının  99-cu ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

Strateq.az xəbər verir ki, məşhur latviyalı müğənni, kontratenor Sergey Jegers (Sergejs Jēgers) bir neçə mahnı ifa etdikdən sonra səfir Yuris Maklakovs çıxış edib. Səfir bildirib ki, noyabrın 18-də Latviya 99-cu ildönümünü qeyd edib və ötən həftə bu təntənənin şərəfinə Latviya xalqı öz geyimlərini ölkəsinin müstəqilliyi uğrunda aparılan döyüşlərdə qələbənin rəmzi olan qırmızı-ağ-qırmızı lentlə bəzəyib.  Latviya və Azərbaycan arasındakı münasibətlərə toxunan Y.Maklakovs bildirib ki, 2017-ci il bir çox tədbirlərlə yadda qalıb. Belə ki, ölkə başçısı İlham Əliyevin bu ölkəyə səfəri ilə nəticələnən bir sıra müqavilələrə imza atılmış, ölkələrimiz arasında Strateji Əməkdaşlıq Sazişi imzalanıb: “Biz Azərbaycanla Latviya arasında yüksək səviyyədə qurulan siyasi münasibətlərlə qürur duyuruq.  Nəzərə alsaq ki, hər iki ölkə növbəti ildə müstəqilliklərinin 100 illiyini qeyd edəcək və əminəm ki, bu münasibətlər həm də iqtisadi əlaqələrin inkişafına böyük təkan olacaq”.  Diplomat vuğulayıb ki, Latviyanın Azərbaycanla əməkdaşıla marağı uzun müddətlidir və bunun naminə Latviya tərəfi öhdəsinə düşən bütün vəzifələri yerinə yetirməyə can atacaq. “Bu əməkdaşlığın qarşılıqlı və çoxtərəfli olmasını arzulayırıq” – deyən Y.Maklakovsun sözlərinə görə, bu baxımdan, iqtisadi əlaqələr tranzitlə yanaşı həm də turizm, təhsil, mədəni və digər sahələrdə də yeni layihələrin hazırlanması diqqət mərkəzindədir.

Azərbaycan hökuməti adından Latviya xalqını bayram münasibəti ilə təbrik edən Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov iki ölkə arasında qurulan əlaqələrin tarixindən  söz açıb. Bildirib ki, Azərbaycanla Latviya arasındakı münasibətlərin genişlənməsi istiqamətində xeyli işlər görülüb, yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilib. H.Bağırov Azərbaycanın Latviya ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Laçın

Strateq.az