XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

26 Noyabr 2017 - 13:19

Avropa İttifaqından mühüm xəbərdarlıq –Avropa şirkətlərinin Qarabağda ticarət fəaliyyətinə qadağa qoydu

Avropa Komissiyasının ticarət üzrə Baş Direktorluğu Avropa İttifaqı şirkətlərinin Azərbaycanın işğal edilmiş ərazilərində ticari fəaliyyətinin yolverilməz olduğu barədə xəbərdarlıq yayıb.

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyevin Turan-a verdiyiməlumata görə, xəbərdarlıq mətni Avropa Komissiyasının saytında yerləşdirilib. Orada bu cür fəaliyyətə görə cinayət məsuliyyətinə cəlb edilmə mümkünlüyü qeyd edilir.

Azərbaycan XİN Avropa Komissiyasının bu addımlarını müsbət qiymətləndirir və Aİ üzvü olan bütün ölkələrin bu qərara riayət etməli olduğuna inandığını bildirir.

Qeyd edək ki, artıq uzun illərdir müxtəlif xarici şirkətlər Dağlıq Qarabağda və ona bitişik Azərbaycanın işğal edilmiş 7 rayonunda ticari fəaliyyət həyata keçirir. Bu, Bakının etirazlarına səbəb olurdu və bir sıra firma və şirkətlər sözügedən ərazilərdən uzaqlaşdırılıb. Amma birinci dəfədir ki, Avropa Komissiyası belə bir xəbərdarlıq edir, bu, şübhəsiz ki, Bakının diplomatik uğurudur.