XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 November 2017 - 16:19

Beş ildə müsəlman ölkələrində 200 mindən çox insan terror aktlarının qurbanı olub

Son beş il ərzində İslam ölkələrində törədilən terror aktları nəticəsində 200 mindən çox insan həlak olub və yaralanıb.

Anadolu informasiya agentliyi xəbər verir ki, bu barədə İslam ölkələrinin antiterror koalisiyası məlumat yayıb. Həmin müddətdə terror hücumları bu ölkələrin iqtisadiyyatına 348 milyard dollar ziyan vurub.

Belə hücumlardan ən çox İraq, Əfqanıstan, Pakistan və Nigeriya zərər çəkib. Terror aktı qurbanlarının 70 faizdən çoxu məhz bu dörd ölkənin payına düşür.