XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2017 - 19:38

Sabiq MTN-nin keçirdiyi əməliyyat Avropa Məhkəməsində –“Səidin qrupu” işi üzrə kommunikasiya başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 14 il azadlıqdan məhrum edilmiş Səid Dadaşbəylinin ("Səidin qrupu") işi üzrə kommunikasiyaya başlayıb.

Vəkil Fariz Namazlı bildirib ki, şikayət Avropa İnsan Hüquqları Konvensiyasının 6.1 və 6.3 maddələrinin pozunması ilə bağlı verilib. Hökumətə müvafiq suallar göndərilib.

2007-ci ildə Səid Dadaşbəylinin işi üzrə on nəfər uzun müddətə həbs olunub. Keçmiş Milli Təhlükəsizlik Nazirliyi onları İranın xüsusi xidmətilə əməkdaşlıqda və konstitusiya quruluşunu devirməyə cəhddə ittiham edərək cəbd edib. Qeyd edək ki, iş üzrə hakim Ənvər Seyidov proses başa çatdıqdan sonra bu qrupu "ifşa etdiyinə" görə MTN-ə "təşəkkür məktubu" yazıb.

Lakin həbs olunanların doğmaları və hüquq müdafiəçiləri çoxsaylı pozuntuların və iş üzrə materiallarda ziddiyyətlərin olmasına diqqəti yönəldiblər. Belə ki, bu materiallarda mühakimə olunanların bir -biri ilə düşmən olan radikal dini təşkilatlarla və xüsusi xidmətlərlə əlaqələrindən danışılıb.

Əsasən iş üzrə "Hezbollah", "Hamas", FATH, "Əl-Kaeda", xristian qruplaşmaları, İranın, hətta İsrailin xüsusi xidmətlərinin adları çəkilib. Müdafiə tərəfinin fikrincə, bu, ittihamın uydurma olduğundan xəbər verir. Doğmalarının sözlərinə görə, gənclər dindarlar arasında keçirdikləri humanitar aksiyalara görə xüsusi xidmətin əlinə düşüblər. Hüquq müdafiəçiləri mühakimə olunanları siyasi məhbuslar kimi tanıyıblar. (Turan)