XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Noyabr 2017 - 22:10

Erməni deputat:“Ermənistan Rusiya bazarındakı mövqelərini itirir”

Ermənistan Rusiya bazarındakı mövqelərini itirir.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı Yelk Blokunun rəhbəri, deputat Nikol Paşinyan söyləyib.

“2016-cı il ərzində Ermənistandan Rusiyaya 6 milyon dollar qiyməti olan 6 min 200 ton ərik ixrac edilib. Bu ilin ilk yarısında bu göstərici 1600 tona çatıb. Yəni 451 min dollar edib. Ərik ixracı 3,8 dəfə azalıb. Ermənistan Rusiya bazarında nəinki mövqelərini möhkəmləndirməyib, hətta onları itirməyə belə başlayıb”, – o bildirib.