XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2017 - 17:13

Rusiya Ali Məhkəməsi ÜAK-ın kassasiya şikayətini rədd etdiKonqres rəsmən ləğv olundu

Rusiya Ali Məhkəməsi (AM) Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) verdiyi kassasiya şikayətini rədd edib.

Bu barədə "Report"un Rusiya bürosu xəbər verir.

Belə ki, ÜAK-ın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin və AM-in Apellyasiya Kollegiyasının qərarlarından verilən kassasiya şikayəti təmin edilməyib.

Bununla da AM Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın hüquqi şəxs kimi dövlət reyestrindən çıxarılması və strukturun legitimlik statusunun alınması barədə qərarını təsdiqləyib.

Xatırladaq ki, ÜAK 2001-ci ildə təsis edilmişdi.