XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

29 Noyabr 2017 - 13:45

Bakıda Rumıniyanın milli bayramı qeyd olunub –FOTO

Rumıniya milli bayramı – Birlik Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

Strateq.az xəbər verir ki, səfir Dan İanku çıxışında ölkənin tarixindən, əldə etdiyi uğurundan bəhs edib. Bildirib ki, 99 il bundan əvvəl, 1918-ci ilin 1 dekabr tarixində, müharibə şəraitində olan qitəyə sülh öz üzünü güldürməklə, Rumıniya dövlətinin birliyi sonunda tam əldə edilib: “Bu, xalqın möhkəm istəyindən irəli gələn sülh yolu ilə, dözümlülük və tolerantlıq ruhunda baş verib. O zaman doğulan yeni Rumıniya sonrakı illərində zamanın ən yüksək standartlarını, tolerantlıq, ədalət və hörmət dəyərlərini ölkə daxilində və xaricində təşviq etmək üçün böyük səylər göstərib. Bu dəyərlər bu gün də bizim siyasətimizin mərkəzində qalmaqdadır”. 

Rumıniya və Azərbaycan arasındakı əlaqələrə toxunan diplomat deyib ki, iki ölkə güclü dostluq əlaqələri və ortaq dəyərlərlə bir-birilərinə bağlıdır. “Azərbaycan regionda Rumıniyanın strateji tərəfdaşı olan yeganə ölkədir” deyən D.İanku əlavə edib ki, Azərbaycan Cənubi Qafqazda Rumıniyanın ən böyük iqtisadi tərəfdaşı, həmçinin energetika və nəqliyyat kimi strateji sahələrdə əsas regional həmkarıdır. Səfir vurğulayıb ki, hər iki ölkə multikulturalizm, tolerantlq və müxtəlifliyə hörmət dəyərlərinə güclü bağlılıqlarını eyni dərəcədə paylaşır: “Rumıniyada, Azərbaycanda da olduğu kimi, bütün bunlar indi bizim cəmiyyətimizin özəyində dərin və möhkəm kök salıb”.

Səfir, iyun ayında Rumıniya və Azərbaycan arasındakı diplomatik münasibətlərin 25 illiyini qeyd edildiyini də xatırladıb: “Əsrin bu dövrünün mirası zəngin və ilham vericidir: hal-hazırda biz mükəmməl  siyasi dialoq, artan iqtisadi əməkdaşlıq və gedərək genişlənən insandan insana təmaslardan məmnunuq. Bu bizə institusional, işgüzar, təhsil və mədəni əlaqələri daha da genişləndirmək, əlaqələrimiz arasında mövcud olan böyük potensialdan daha səmərəli istifadə etmək üçün gələcək səylərimizə möhkəm zəmin və istiqamət yaradır”.

Azərbaycan hökuməti adından rumın xalqını bayram münasibəti ilə təbrik edən xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycan və Rumıniya arasındakı diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu xatırladaraq, münasibətlərin hərtərəfli inkişaf etdiyini vurğulayıb.

O, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu və bütün sahələrdə inkişaf edən əməkdaşlığın səviyyəsindən məmnun olduğunu dilə gətirib. Nazir müavini əlavə edib ki, Hökumətlərarası Komissiyanın 5-ci iclası 2018-ci ildə keçiriləcək. X.Xələfov Rumıniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

L.SƏMLA

Strateq.az