XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2017 - 14:35

Moskvanın lideri olduğu hərbi blok Qarabağla bağlı bəyanat verməyə hazırlaşır –Yerevan KTMT-yə layihə təqdim etdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul edəcək.

Strateq.az Ermənistan XİN-in rəsmi saytına istinadən bildirir ki, bu barədə xarici işlər naziri Edvard Nalbandyan Minskdə keçirilən təşkilata daxil olan XİN başçılarının, müdafiə nazirlərinin və Təhlükəsizlik Şurası katiblərinin birgə iclasında çıxışı zamanı deyib.

İclas iştirakçıları 20-ə yaxın sənədin qəbulu ilə bağlı razılılıq əldə ediblər. Ermənistan XİN rəhbəri Yerevanın Qarabağ münaqişəsi ilə bağlı hazırladığı  bəyanatın layihəsini təqdim edib. 

Razılaşdırılan sənədlər günün ikinci yarısında keçiriləcək iclasın gündəliyinə daxil edilib. Bu görüşdə KTMT ölkələrinin xarici siyasətinin  koordinasiyası,  hərbi əməkdaşlığın inkişafı, terrorizmlə mübarizə ilə bağlı məsələlər  müzakirə olunub.