XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2017 - 20:00

“Birgə fəaliyyətə hər zamankından daha çox ehtiyac var” –Çavuşoğlu deputatlaaarla görüşdü

meclis-1.jpg

Bu gün Milli Məclisdə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Strateq.az parlamentin saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərindən danışan AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dost və qardaş ölkənin nümayəndələrini Milli Məclisdə görməkdən məmnunluğunu ifadə edib. 

Bildirib ki, iki qardaş ölkə beynəlxalq təşkilatlarda həmişə bir-birinə dəstək olur, problemlərini birlikdə həll etməyə çalışırlar: "Prezident İlham Əliyevin də dediyi kimi, Türkiyə olmayan yerdə Azərbaycan, Azərbaycan olmayan yerdə isə Türkiyə bir-birilərinin haqqını müdafiə edir və hüquqlarını qoruyur".

Söhbət zamanı Səməd Seyidov Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Dağlıq Qarabağ məsələsini qaldırdığına görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

Görüşdə iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində və möhkəmlənməsində parlamentlərin rolundan, işçi qruplarının fəaliyyətindən, deputatlarımızın beynəlxalq təşkilatlarda xalqlarımız və dövlətlərimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə eyni mövqedən çıxış etmələrindən söhbət açılıb. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün iki ölkənin birgə fəaliyyətinə hər zamankından daha çox ehtiyac olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkələrimizə qarşı edilən təzyiqlərin qarşısının alınması üçün bu çox vacibdir. 

Söhbət zamanı tərəflər ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclisin komitə sədri Rafael Hüseynov, deputatlar Sahibə Qafarova, Rövşən Rzayev, Fazil Mustafa, hər iki ölkənin səfirləri Erkan Özoral, Xəzər İbrahim  və digər rəsmi şəxslər iştirak ediblər.