XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

01 Dekabr 2017 - 10:20

Əfqanıstan prezidenti:“Azərbaycan əsgərləri bizim təhlükəsizliyimizə töhfə verir”

"Azərbaycan xalqına və prezidentinə təşəkkür edirik ki, bu tarixi Bakıda bizi qəbul edirsiniz".

Bunu bu gün Əfqanıstan prezidenti Əşrəf Qəni Bakıda “Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında  çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə Şimal-Cənub dəhlizinin açılması istiqamətində görülən işləri yüksək qiymətləndirirlər: Bu, "Lyapis Lazur" nəqliyyat xəttinə qoşulmaq imkanı yaradır, regional və qlobal səviyyədə bağlantılara xidmət edir. Azərbaycan əsgərləri bizim təhlükəsizliyimizə töhfə verir və biz Azərbaycan prezidentinin müdafiə sahəsində dəstəyin artırılmasına dair bəyanatını alqışlayırıq.

Qəni qeyd edib ki, Azərbaycanda ÜDM-in 5,3 faizdən 2017-ci ilə qədər 5 qat artması sabitlik və firavanlığın təmin olunmasında əsas şərtdir: Siz bizə texniki yardımın ən yaxşı formasını təklif edirsiniz. İnvestisiyaların qarşılıqlı müdafiəsi və digər sahələrdə sazişlərin imzalanmasını səbirsizliklə gözləyirəm". (APA)