XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2017 - 00:10

Rza Zərrab və qohumlarının əmlakı müsadirə ediləcək –QƏRAR

İstanbul Baş prokurorluğunun apardığı istintaq çərçivəsində məhkəmə ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və qohumlarının əmlakının müsadirə edilməsinə dair qərar qəbul edib.

“Anadolu” agentliyinin  verdiyi xəbərə görə, İstanbul Respublika Prokurorluğu Terrorla Mübarizə Bürosu Rza Zərrab və yaxınları barədə araşdırmalara başlayıb. CNN Türk siyahıda 23 nəfərin adının olduğunu bildirib.

Zərrab 2016-cı ilin martında ABŞ-ın Mayami şəhərində həbs olunub. O, 2010-2015-ci illərdə İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir.