XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2017 - 15:27

Məhəmməd Cavad Zərif:"İran Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrini davam etdirmək niyyətindədir"

İran yaxın qonşusu və dostu Azərbaycan ilə bütün sahələr üzrə yaxın əməkdaşlıq əlaqələrini davam etdirmək niyyətindədir.

Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakı səfərinin yekunları haqqında jurnalistlərə verdiyi açıqlamada deyib.

Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə çox səmərəli və faydalı görüş keçirib. Görüşdə ikitərəfli münasibətlərin inkişafı və beynəlxalq vəziyyət müzakirə edilib.

M.C.Zərif tranzit və nəqliyyat sahəsində iki ölkə arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu da nəzərə çatdırıb.

“Biz Azərbaycan ilə əlaqələrimizi daha da möhkəmləndirmək istəyirik”,- deyən nazir Azərbaycanın iqtisadi inkişafının davamlı xarakter daşıdığını vurğulayıb(azərtac).