XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

04 Dekabr 2017 - 18:47

Sülhəddin Əkbər:“ABŞ Türkiyəsiz Yaxın Şərqdə effektiv siyasət yürütməyin çətinliyini anlayacaq”

 

Son aylar ABŞ və Türkiyə arasındakı münasibətlərdəki gərginlik davam edir. Maraqlıdır, iki dövlət arasındakı bu gərginlik Türkiyənin yaxın gələcəyinə nə vəd edir?

Moderator.az -a açıqlama verən politoloq  Sülhəddin Əkbər münasibətlərdəki bu gərginliyin davam edəcəyini, lakin münasibətlərin tam olaraq qırılmayacağını vurğulayıb:

“Biz iki dövlət arasındakı münasibətlərin kifayət qədər gərginləşdiyini deyə bilərik. Amma unutmaq lazım deyil ki, bu münasibətlər uzunmüddətli, strateji münasibətlərdir. Bu münasibtlərin uzun tarixi var. Tərəflər arasındakı münasibətlərdə ciddi problemlər var. Bunu etiraf etmək lazımdır. Ancaq hesab etmirəm ki, münasibətlər qırılma nöqtəsinə çatacaq. Baxmayaraq ki, bu gərginliyin hələ bir müddət davam edəcəyini düşünürəm. Lakin ABŞ yaxın gələcəkdə Türkiyəsiz Yaxın və Orta Şərqdə effektiv siyasət yürütməyin çətinliyini anlayacaq və münasibətlər nisbi də olsa yaxşılaşacaq”.