XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 12:36

Lavrov:"Xəzərin hüquqi statusu dövlət başçılarının növbəti sammitinədək başa çata bilər"

Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlar region ölkələrinin dövlət başçılarının növbəti sammitinədək başa çata bilər.

Bunu Moskvada Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin iclası zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, iclas zamanı Xəzərin statusu ilə bağlı konvensiyanın hazırlanması üzrə ekspertlərin işinə nəzər salınacaq.

S.Lavrov vurğulayıb ki, tərəflər regionda təhlükəsizliyin təmin olunmasında qarşılıqlı fəaliyyətə diqqət ayıracaqlar/Trend.