XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 April 2015 - 11:37

AMİP-də yenilik – Siyasi Şuraya əlavə səlahiyyətlər verildi

12 aprel 2015-ci il tarixdə AMİP Mərkəzi Şurasının (MŞ) iclası keçirilib.

Bu barədə Strateq.az-a partiyanın Mətbuat Xidmətindən məlumat veriblər. MŞ-nın gündəliyinə təşkilatı məsələ, ölkədəki ictimai-siyasi vəziyyətin müzakirəsi, Milli Məclisə 2015-ci ilin noyabrında keçiriləcək seçkilərdə iştirak, AMİP növbəti XI qurultayının çağrılması ilə bağlı məsələlər daxil edilib.

İclasda ilk olaraq AMİP Lideri Etibar Məmmədovun 60 illik yubileyi ilə əlaqədar Mərkəzi Şura adından təbrik məktubu səsləndirilib.

Təşkilatı məsələ ilə əlaqədar AMİP Siyasi Şurasında vakant olan yerlərə namizədlər irəli sürülüb və səs coxluğu ilə Xanmirzə Məlikəliyev, Yəhya Həsənov, Əli Oruclu və Afsəddin Nəbiyev AMİP SŞ üzvləri seçiliblər.

ölkədəki İctimai-siyasi vəziyyətlə bağlı AMİP sədri Yusif Bağırzadə siyasi məruzə ilə çıxış edib. Sonra, Mərkəzi Şura üzvləri məruzə ətrafında geniş müzakirələr aparıblar.

İclasda Milli Məclisə seşkilərdə partiya olaraq iştirak etmək barədə ilkin qərar qəbul edilmiş və seçkiqabağı demokratik mühitin formalaşması, seçkilərə nəzarətin birgə təşkili, bəzi seçki dairələri üzrə daha şanslı namizədlərin müdafiəsi və sair məsələlərlə əlaqədar digər partiyalarla müzakirələr aparılması və əməkdaşlıq barədə sazişlərin imzalanması məqsədəmüvafiq hesab edilib. Mərkəzi Şura AMİP Nizamnaməsinə müvafiq olaraq bu kimi məsələlərlə əlaqədar qərar verilməsi barədə partiyanın Siyasi Şurasına əlavə səlahiyyətlər verib.

Daha sonra AMİP-in növbəti XI Qurultayının çağırılması ilə bağlı məsələ müzakirə edilib və Siyasi Şurada AMİP Baş Katibi Arzuxan Əlizadənin rəhbərliyi ilə Qurultayın Keçirilməsi üzrə Təşkilat Komitəsinin formalaşdırılması barədə qərar qəbul edilib.

Sonda ölkədəki ictimai-siyasi vəziyyət və digər müzakirə olunan məsələlərlə əlaqədar AMİP Mərkəzi Şurasının Qətnaməsi qəbul edilib.