XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2017 - 18:04

Xələf Xələfov:"Konvensiyaya əsasən hər hansı dövlət Xəzərdə hərbi gücünü artırırsa, balansı saxlamalıdır"

"Konvensiyada Xəzər dənizində ölkələrin bir-birinin təhlükəsizliyinə xələl gətirməmək prinsipi əksini tapıb. Bu sahədə sazişlər olacaq. Onlardan biri üzrə razılaşma aparırıq. Bu, insidentlərin aradan qaldırılmasına dair birgə fəaliyyətdir".
 
APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupunun Azərbaycandan olan üzvü Xələf Xələfov deyib.
 
Nazir müavini bildirib ki, Xəzər 5 ölkənin hüququ və yurisdiksiyası olan su hövzəsidir.
 
"Təhlükəsizlik və sabitlik məsələsi də məhz bu ölkələrə tərəfindən həyata keçirilməlidir. Hər hansı dövlət hərbi gücünü artırırsa, balansı saxlamalıdır", – deyə o qeyd edib.