XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

03 Mart 2015 - 07:30

İqtidar-müxalifət dialoqunu tezləşdirmək üçün əsaslar yetərli sayılmır

Həmin dialoq formatında iştirak edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev açıqlamasında bildirdi ki, prinsip etibarilə həmin görüşlə bağlı bütün detallar razılaşdırılıb: “Sonuncu görüşdə biz razılaşma əldə etdik. Bunlardan biri də görüşün vaxtı ilə bağlı idi. Qərara alındı ki, iki aydan bir toplanaq. Təbiidir ki, bu qərar qarşılıqlı razılaşma əsasında verildi. Həmin vaxt bir bənddə vurğulandı ki, zəruri ehtiyac yaranarsa, qarşılıqlı razılaşma əsasında görüşü tezləşdirmək də olar. Hörmətli Əli Həsənov da bildirdi ki, zərurət yaranarsa, bu barədə məsləhətləşmək olar. Söhbət ciddi arqumentləşmədən gedir. Mən hesab etmirəm ki, görüşün vaxtının irəli çəkilməsinə zəmin yaradan hansısa hadisə baş verib. Təyin olunmuş vaxtı da gözləmək olar”.