XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2017 - 23:17

Rusiyada prezident seçkiləri ilə bağlı sorğu –Vladimir Putin 53% səslə şəriksiz liderdir

 

Rusiyadakı “Levada-mərkəz” noyabrın axırında 18 yaşdan yuxarı 1600 şəhər və kənd sakini arasında sorğu keçirib.

Strateq.az Rusiya nəşrinə istinadən xəbər verir ki, sual belə qoyulub: prezident seçkiləri ən yaxın bazar günü keçirilsəydi, buna qatılardınızmı və qatılarkən indiki siyasətçilərdən kimə səs verərdiniz?

Respondentlər namizədin soyadını siyahıdan seçməyib, özləri deyiblər.

Nəticələr belədir:

1. Baş nazir Dmitri Medvedyev – 1%-ə yaxın

2. “Yabloko” partiyasının sədri Qriqori Yavlinski – 1%-dən az

3.Teleaparıcı Kseniya Sobçak – təqribən, 1%

4. “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov – 1%-ə yaxın

5. Müdafiə naziri Sergey Şoyqu – 1%

6. Müxalif Aleksey Navalnı – 1%

7. Rusiya kommunistlərinin lideri Gennadi Züqanov – 3%

8. Rusiya LDP lideri Vladimir Jirinovski – 4%

9. Prezident Vladimir Putin – 53%