"Münaqişənin həlli üçün mütləq Ermənistanın mövqeyində dəyişiklik olmalıdır”.
Bunu "Sherg.az”a "Erməsnitan-Azərbaycan XİN başçılarının Vyana görüşündən danışarkən politoloq Zərdüşt Əlizadə deyib.
Onun sözlərinə görə, ola bilər ki, böyük qüvvələr Ermənistanı hansısa dəyişikliyə məcbur etsinlər. Amma bununla bağlı addımlar müşahidə olunmur:"Bu işlərdə Rusiyanın rolu böyükdür".
Z.Əlizadə onu da əlavə edib ki, 2016-cı ilin aprel ayında aparılan döyüşlər Rusiyaya lazım idi: "Bununla həmin dövlət tərəfləri bir qədər də özündən asılı vəziyyətə gətirməyə çalışırdı. Rusiya göstərdi ki, müharibəni saxlaya bilər. Həmçinin aydın oldu ki, hər iki tərəf Rusiya təhlükəsini dərk etməlidir. Ermənistana mesaj ötürüldü ki, Rusiya olmasa, Azərbaycan səni əzər. Azərbaycana ötürülən mesaj isə ondan ibarət idi ki, döyüşləri davam etdirsə, Rusiya müdaxilə edib, Azərbaycanı vuracaq".
Qeyd edək ki, Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib. ATƏT-in Minsk qrupu həmsədrlərinin də iştirakı ilə həyata keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq.