XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

08 Dekabr 2017 - 19:56

Sergey Lavrov Zuyevin Bakıda səfir təyin edilməsi planlarını təkzib edib

RF XİN başçısı Sergey Lavrov bir sıra Azərbaycan KİV-lərinin Bakının Gennadi Zuyevin Rusiyanın Azərbaycanda səfiri təyin edilməsinə razılıq verməməsi barədə məlumatlarını təkzib edib.

Cümə günü mətbuat konfransında Vyanada ATƏT XİN başçıları şurasının iclasında Lavrov bu məlumatları şərh etmək xahişinə cavabda bildirib ki, Rusiya tərəfi heç vaxt Zuyevin təyin edilməsi üçün Azərbaycan hökumətindən aqreman istəməyib. Onun sözlərindən həmçinin məlum olub ki, o, RF XİN-in idarə rəisinin müavini G.Zuyevin və Azərbaycan mətbuatının erməni əsilli olduğunu yazdığı Lavrovun özünün ermənipərəst mövqeli olması ilə bağlı eyhamları yersiz hesab edir: "Kimin hansı əlaqələrinin olması və bunun mövqelərə necə təsir etməsi mövzusu özü müasir sivil normalara çox da uyğun deyil", deyə o bildirib.

Qarabağda təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması haqqında suala cavabda Lavrov deyib ki, bu məsələ 2016-cı ilin mayında Minsk qrupunun həmsdəri olan ölkələrin XİN başçılarının iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündə, daha sonra isə Sankt-Peterburq görüşündə müzakirə olunub.

Bundan sonra ATƏT-ə prinsipial razılaşma təqdim edilib və hazırda ATƏT-in xüsusi nümayəndəsi bu razılaşmanın həyata keçirilməsinin təcrübi parametrlərini razılaşdırmağa çalışır. Qeyd edək ki, Zuyevin Azərbaycanda səfiri təyin edilməsi və iyulun 5-də Dövlət Duması komitəsinin onun namizədliyini təsdiq etməsi haqqında elə Rusiya KİV-ləri yazırdı.(Turan)