Tatarıstan prezidenti Azərbaycana gəldi
Rusiya Federasiyasının Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov aprelin 13-də Azərbaycana işgüzar səfərə gəlib.
Strateq.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident Rüstəm Minnixanovu Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov və digər rəsmi şəxslər qarşılayıblar.