XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 13:05

Bakıda Qazaxıstanın müstəqilliyinin 26-cı ildönümü qeyd olunub –FOTOLAR

Qazaxıstan Respublikası müstəqilliyinin 26-cı ildönümü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

Strateq.az xəbər verir ki, səfir Beybit İsabayev çıxış edərək ölkə müstəqilliyinin yaranama tarixindən, keçdiyi davamlı inkişaf yolundan söz açıb. Azərbaycanla münasibətlərə toxunan diplomat,  iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Səfir deyib ki, ikitərəfli münasibətlər strateji mahiyyət daşıyır və bu münasibətlərin böyük potensialı var. Əlavə olaraq bildirib ki, yüksək səviyyədə inkişaf edən münasibətlərimizin əsasında iki ölkənin bir-birinə qarşılıqlı hörməti dayanır, bu iki dövlət beynəlxalq və regional təşkilatlarda bir sıra məsələlərlə bağlı ortaq mövqe nümayiş etdirir.

Azərbaycan hökuməti adından Qazaxıstan xalqını bayram münasibəti ilə təbrik edən energetika naziri Pərviz Şahbazov çıxışında deyib ki, müstəqillik illərində ölkələrimiz əhəmiyyətli uğurlara nail olaraq, öz regionunda mühüm dövlətlərə çevrilib. Əlaqələrimizin yüksək xətlə inkişaf etdiyini vurğulayan nazir, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu ilin əvvəllərində Azərbaycana səfərinə toxunaraq xatırladıb ki, dövlət başçıları ticarət dövriyyəsinin həcmini iki dəfə artırmağı qarşıya vəzifəsi qoyub. P.Şahbazov iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın bu günlərdə Bakıda keçirilən 14-cü iclasında bütün əməkdaşlıq sahələrini əhatə edən tədbirlər planı qəbul etdiyini xüsusi vurğulayıb. 

Tədbir Qazaxıstan Akademik EtnoFolkolor Orkestrinin ifasında davam edib.

SƏMLA