XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 13:17

Daha 39 qanun dəyişəcək –Parlamentə vergi ilə bağlı yeni layihə də təqdim olundu

Azərbaycan Milli Məclisinin dekabrın 15-də keçiriləcək plenar iclasının gündəliyində dəyişiklik edilib.

İclasın gündəliyinə daha bir məsələ – Vergi Məcəlləsində dəyişiklik layihəsi əlavə edilib.

Beləliklə, plenar iclasda baxılacaq məsələlərin sayı 39-a çatıb.

Bunlar "Rəsmi statistika haqqında", "Həmkarlar ittifaqları haqqında", Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qaravul xidmətləri nizamnaməsi", “Meliorasiya və irriqasiya haqqında", "Məhkəmələr və hakimlər haqqında", " Toxumçuluq haqqında", "Yol hərəkəti haqqında", İstehsalat və məişət tullantıları haqqında, "Polis haqqında", "Prokurorluq haqqında" “ Avtomobul yolları haqqında” və s. qanunlara, o cümlədən Seçki və Mülki məcəllələrinə edilən dəyişiklik layihələridir.

Qanun layihələrinin əksəriyyəti İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırılır.

Bundan başqa, "Hesablama Palatası haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanun layihələri də müzakirəyə çıxarılacaq.