XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 14:51

Mahmud Məmmədquliyev:“Ermənistan regional layihələrin birgə reallaşmasına maneə törədir”

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələr arasında səmərəli münasibətlərə xələl yetirir. Ermənistanın işğalçılıq siyasəti təşkilat çərçivəsində regional layihələrin birgə reallaşmasına maneə törədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ukraynanın paytaxtı Kiyevdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasında çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib: “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni ticari fəaliyyət davam etdirilir. Bu, yolverilməzdir. Ermənistan beynəlxalq hüququn prinsiplərinə əməl etməlidir. Rəsmi İrəvan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə öz şəxsi maraqlarından yox, beynəlxalq qanunlara istinadla çıxış etməli, işğalçılıq siyasətindən əl çəkməlidir”, – deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, təşkilatda sədrlik Ukraynadan Ermənistana keçib. Sessiyanın sonunda Birgə Bəyannamənin qəbulu gözlənilir.