XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 17:01

Vahid Əhmədov İntizam Komissiyasının dəyişilməsini istədi: “Tərkibinə ləyaqətli insanlar cəlb olunsun”

“Seçki Məcəlləsinə edilən dəyişikliyə görə, Milli Məclisinin deputatının qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda mandatdan məhrum edilməsi qaydasına İntizam Komissiyası baxacaq vəəyyən qərar qəbul edəcək. Daha sonra isə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. Yəni bizim taleyimiz faktiki olaraq öz əlimizdədir”. 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib. 

Deputat Milli Məclisin İntizam Komissiyasının tərkibində dəyişiklik edilməsini təklif edib: “Təklif edərdim ki Milli Məclisin İntizam Komissiyasının tərkibində dəyişikliklər edilsin. Komissiyanın tərkibi genişləndirilsin. Komissiyanın tərkibinə pis qəbul edilməsin, ləyaqətli insanlar cəlb olunsun. Çünki onlar deputat yoldaşlarımızın taleyini həll edəcəklər”.

Modern.az

Xatırladaq ki, Milli Məclisin İntizam Komissiyasının tərkibi Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadədən ibarətdir.