"ReAl" və Müsavat rəhbərliyi arasındakı müzakirələrin nəticələrinə görə "ReAl"ın qurultayının qeyri-müəyyən vaxta qədər təxirə salınması barədə qərar qəbul edilib.
Bu barədə Turan-a "ReAl"ın icraçı direktoru Natiq Cəfərli bildirib.
Bu barədə qərar "ReAl"la Müsavat başqanı Arif Hacılı ilə müzakirələrdən sonar qəbul edilib.
Müsavat Partiyasının "ReAl"ın tədbirinin keçirilməsi üçün qərargah-mənzilini verməsi ilə əlaqədar hakimiyyətin təzyiqi ilə əlaqədar Müsavat qurultay təşkilatçılarına müraciət edib.