XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

16 Dekabr 2017 - 21:57

Ermənistan suriyalı qaçqınları Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir- Azərbaycan nümayəndə heyətindən BMT-yə etiraz

Ermənistanın suriyalı qaçqınları Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməsi beynəlxalq humanitar hüququ ciddi şəkildə pozur.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan nümayəndə heyətinin BMT-yə ünvanladığı məktubda deyilir.

Məktubda deyilir: “Azərbaycanın məcbur köçkünlərin probleminə həssas yanaşması başa düşüləndir. Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüzün və ərazilərin işğalının davam etməsi nəticəsində bu gün Azərbaycanda dünyada daxildə yerdəyişməyə məruz qalmış ən çox sayda əhali yaşayır”.

Məktubda əlavə olunur ki, bəzi siyasi liderlərin öz maraqları naminə məzlum mühacirlərdən istifadə etmək cəhdlərinə xüsusi diqqət ayrılmalıdır:

“Buna bariz misal olaraq Ermənistan tərəfindən suriyalı qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsini göstərmək olar ki, bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması deməkdir. Bununla erməni nümayəndə heyətinin əsas məqsədi isə suriyalı qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirilməsi üçün maliyyələşdirilməyə nail olmaqdır”.