XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

17 Dekabr 2017 - 18:05

Saakaşvilinin tərəfdarları Kiyevdə Oktyabr sarayını ələ keçirib – YENİLƏNİB - CANLI YAYIM

Xəbər verdiyimiz kimi, dekabrın 17-də Mixeil Saakaşvili Poroşenko hökumətindən narazıları Kiyevdəki məşhur Maydana çağırıb.

Musavat.com xəbər verir ki, yürüşlə başlayan aksiya hazırda davam edir. Hazırda Saakaşvili tərəfdarları parlamentin binasının qarşısına toplanaraq binaya daxil olmağa çalışırlar. Hökuməti istefaya səsləyən vətəndaşlarlarla polislər arasında da insident yaşanır.

"İmpiçment marşı" adlandırılan və hədəfi Ukrayna hökumətinin istefası olan yürüş – mitinq Mixael Saakaşvilinin facebook səhifəsindən və yutube -dən canlı yayılır.

 

***

Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum çəkib.

 "RİA Novosti" agentliyinin verdiyi məlumata görə, aksiyaçılar saraya daxil olublar.

Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qırıb, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb.