XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

18 Dekabr 2017 - 11:05

“Rusiya hazırda Dağlıq Qarabağ münaqişəsinin həllində məsafəli davranır” –Politoloq

Rusiya hazırda Dağlıq Qarabağ münaqişəsinin həllində məsafəli davranır və siyasi maraqlarını problemin həllindən üstün tutur”.

Bu sözləri politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib (Axar.az). Politoloq bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini birbaşa öz nəzarəti altında saxlayır və bu rolunu heç vaxt zəiflətməyəcək: “Moskva çıxış yolunu Bakı və İrəvan arasındakı dialoqda görür. Bu, zahirən doğru görünsə də, əslində reallığa uyğun deyil. Aydın məsələdir ki, Ermənistanın əsas donoru Rusiyadır. Aparılan danışıqlara baxmayaraq, İrəvanın qeyri-konstruktivliyi birbaşa Moskvadan qaynaqlanır. Hətta Rusiyanın Qarabağ məsələsində Ermənistanı birbaşa təlimatlandırdığını düşünürəm”, – deyə ekspert qeyd edib.

Politoloqun fikrincə, hazırda yeganə müsbət məqam Türkiyənin Dağlıq Qarabağ məsələsinin nizama salınması prosesində nümayiş etdirdiyi siyasi aktivlikdir: “Türkiyə bu aktivliyini artırarsa, Rusiya Ermənistanı müəyyən güzəştlərə razı sala bilər. İstənilən halda, rus-türk yaxınlığı Bakının xeyrinədir. İndiki reallıqda Rusiyanın hansısa bir dövləti Qarabağ məsələsinin həllinə bu qədər yaxın buraxması reallıqdan uzaqdır. Yalnız Ankara Bakının mövqeyini Moskvaya daha qabarıq şəkildə çatdıra bilər. Azərbaycan isə bu fonda diplomatiya ilə yanaşı, hərbi sahədə Ermənistana qarşı hücumedici addımlarını hazırlamalıdır”. (axar.az)