XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

20 Dekabr 2017 - 12:49

Çavuşoğlu:"Türkiyə Azərbaycan və İrandan aldığı neft və qazın həcmini artırmaq istəyir"

“Azərbaycan və İran enerji resursları baxımından önəmli ölkədir”.

APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri ı Mövlud Çavuşoğlu Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

M.Çavuşoğlu əlavə edib ki, Türkiyə hər iki ölkədən təbii qaz və neft alır.

“Aldığımız neft və qağın həcmini artırmaq istəyirik. Gələn il TANAP bitəcək. İran qazının da beynəlxalq aləmə çıxması istiqamətində çalışırıq. Enerji sahəsində əlaqələri daha da inkişaf etdirə biləcəyimizi düşünürük”, – deyə nazir bildirib.