XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

20 Dekabr 2017 - 13:34

AMERİKANIN YENİ MİLLİ TƏHLÜKƏSİZLİK STRATEGİYASINDA NƏLƏR VAR? –Sənədin xülasəsi

"The White House" (ABŞ), 19.12.2017

 

“Dövlətimizin xalq qarşısında bir nömrəli vəzifəsi onun maraqlarına qulluq etmək, güvənliyini təmin etmək, hüquqlarını qorumaq və dəyərlərini müdafiə etməkdən ibarətdir”.

Prezident Donald Tramp

 

Yeni dövr üçün yeni milli güvənlik strategiyası. Prezident Donald Trampın vəzifəyə başlamasından ildən az vaxt keçib və budur, Birləşmiş Ştatlar üçün müsbət strateji kursun təqdim edildiyi, dünyada Amerikanın üstünlüyünü bərpa etməyə və ölkəmizin güclü tərəflərindən tam ölçüdə faydalanmağa imkan verən yeni milli güvənlik strategiyasını təqdim edib.

“Milli güvənlik stratyegiyası 2017” (bundan sonra – Strategiya) prezidentin xaricdə ABŞ-ın nüfuzu və ölkə daxilində amerikalıların inamının bərpası üzrə 11 ay ərzindəki fəaliyyətinə söykənir.

– Strateji əzm ABŞ-a özünün həyatönəmli milli maraqlarını qorumaq imkanı verir. Strategiyada “təməl əsaslar” adlandırılan dörd həyatönəmli milli maraq müəyyən olunub. Bunlar:

1. Ölkənin, Amerika xalqının və Amerika həyat tərzinin qorunması;

2. Amerika firavanlığının inkişafı;

3. Güc vasitəsilə sülhün saxlanması;

4. Amerika nüfuzunun genişləndirilməsidir.

– Strategiyada dünyadakı durumumuza təsir edən əsas çağırış və tendensiyalar anladılır. Bu, digərlərilə yanaşı:

– Bizim  maraq və dəyərlərimizə uyuşmaz dünya formalaşdırmaq qəsdilə texnologiya, təbliğat və məcburiyyətdən faydalanan Çin və Rusiya kimi təftişçi dövlətlərdir;

– Terror yayan, qonşularını hədələyən və kütləvi qırğın silahları yaradan bölgəsəl diktatorlardır;

– Ədavəti qızşdıran, təhrif edilmiş ideologiya naminə heç bir günahı olmayan insanlara qarşı zorakılığa təhrik edən cihadçı təşkilatlardan terrorçular, həmçinin cəmiyyətimizə narkotik və zorakılıq yayan transmilli cinayətkar təşkilatlardır.

– Strategiyada prinsipial realizmin prezident konsepsiyası şərh olunur və inkişaf etdirlir.

O, realistdir, çünki beynəlxalq siyasətdə gücün aparıcı rolu qəbul edilir, təsdiqlənir ki, güclü və suveren dövlətlər barışsevər dünya üçün ən yaxşı ümiddir və bizim milli maraqlarımız dəqiq müəyyən olunur.

O, realistdir, çünki onun təməlində bütün dünyada sülh və tərəqqi işinə yardım edən Amerika prinsiplərinin qorunması durur. 

 

1. Ölkənin müdafiəsi. Prezident Trampın başlıca vəzifəsi Amerika xalqı və Amerika həyat tərzini müdafiədən ibarətdir.

– Biz ölkənin müdafiəsi və suverenliyimizin bəprası məqsədilə sərhədlərimizi möhkəmləndirəcək və immiqrasiya sistemini islah edəcəyik.

Ölkəmizə əsas transmilli təhdidlər:

– Barbar qəddarlığı ilə qətllər həyata keçirən, isanları istismar edən, tez dişbatan əhalidən istifadə etmək üçün virtual şəbəkələr yaradan, sui-qəsdləri təlqin edən və yönəldən cihadçı təşkilatların terrorçuları;

– Cəmiyyətimizi narkotiklər və zorakılıqla məhv edən, müttəfiq və tərəfdaşlarımızın demokratik institutlarını sarsıdaraq zəiflədən transmilli cinayətkar təşkilatlardır.

– Amerika bu təhlükələrin kökünü kəsəcək. Biz bunları hələ bizim sərhədlərimizə çataraq xalqımıza ziyan verməmiş aradan qaldıracağıq.

– Ən önəmli infrasturktur obyektlərimiz və rəqəmsal şəbəkələrimizi qorumaq məqsədilə səylərimizi ikiqat artıracağıq, çünki yeni texnologiyalar və yeni düşmənlər yeni zəifliklər yaradırlar.

– Amerikanı raket hücumlarından qorumaq məqsədilə eşelonlaşdırılmış RƏM sistemi quracağıq.

 

2. Amerika firavanlığının inkişafı. Güclü iqtisadiyyat Amerika xalqını himayə edir, həyat tərzimizi möhkəmləndirir və Amerikanın qüdrətinə dəstək verir.

– Amerika işçiləri və şirkətlərinin rifahı üçün Amerika iqtisadiyyatını bərpa edəcəyik, çünki bu, ölkənin qüdrətinin dirçəldilməsi üçün zəruridir.

– Amerika ticarətdə xroniki sui-istifadələrə daha dözməyəcək və azad, ədalətli, qarşılığa əsaslanan iqtisadi münasibətlər uğrunda çıxış edəcək.

– Amerika 21-cı əsrin  geopolitik rəqabətində uğurlu olmaq üçün elmi araşdırma, texnologiya və innovasiyalar sahəsində liderlik etməlidir.

– Milli təhlükəsizliyimizin innovasiya bazasını əqli mülkiyyətimizi oğurlayan və azad cəmiyyətlərin innovasiyalarından ədalətsizcəsinə faydalananlardan qoruyacağıq.

– Amerika dünya bazarlarında açıqlığın saxlanması və şaxələndirmənin üstünlükləri və enerji resurslarına çıxışın iqtisadi və milli güvənliyə yardım olması üçün energetikada öz üstünlüklərindən faydalanacaq.

 

3. Güc vasitəsilə sülhün saxlanması. Bərkimiş, yenilənmiş və bərpa edilmiş Amerika sülhü təmin edəcək və düşmənliyin təzahürünün qabağını alacaq.

– Amerikanın heç kimə güzəştə getməməsi üçün onun hərbi qüdrətini qaytaracağıq.

– Amerika strateji rəqabətin yeni dönəmində öz maraqlarının müdafiəsi üçün dövlət idarəçiliyinin bütün üsullarını – diplomatik, hərbi və iqtisadi – işə salacaq.

– Amerika kosmos və kiberməkan daxil olmaqla ən müxtəlif sahələrdə öz potensialını möhkəmləndirəcək, həmçinin diqqətdən mağmun qalan  imkanları canlandıracaq.

– Amerikanın müttəfiqləri və tərəfdaşları bizim güc və nüfuzumuzu gücləndirir və ümumi maraqlarımızı müdafiə edir. Biz buna ümid edirik ki, onlar ümumi təhlükələrə qarşı müqavimətdə öz üzərlərinə böyük məsuliyyət yükü götürəcəklər.

– Biz elə edəcəyik ki, dünyanın açar bölgələrində qüvvələr balansı əvvəlkitək Amerikaya sarı meyllənsin. Bu, Hind və Sakit okean zonaları, Avropa və Yaxın Şərqə aiddir.

 

4.Amerika nüfuzunun genişləndirilməsi. Amerika bütün tarixi boyunca xeyirxahlığın gücü olmaqla bütün bəşəriyyətin səadəti naminə maraqlarımızın yeridilməsi üçün öz nüfuzundan faydalanacaq.

– Biz Amerika xalqının müdafiəsi və rifahının qorunması xatirinə  xaricdə bundan sonra da öz təsirimizi möhkəmləndirməliyik.

– Maraqlarımızın qorunması, amerikalılar üçün yeni, əlverişli iqtisadi imkanlar axtarışı və rəqiblərimizə qarşı müqavimət məqsədilə  Amerikanın diplomatiya və inkişaf sahəsindəki səyləri bütün sahələrdə – ikitərəfli, çoxtərəfli, informasiya sahəsində – sanballı nəticələrin əldə edilməsinə yönəldiləcək.

– Amerika azad bazar iqtisadiyyatı və özəl sektorun inkişafı, həmçinin siyasi sabitlik və sülh məqsədilə həmrəy dövlətlərlə tərəfdaşlığın qurulmasına çalışacaq.

– Biz qanunun hakimiyyəti və insan haqları daxil olmaqla öz dəyərlərimizi qoruyacağıq, çünki bu, gücün möhkəmlənməsi, sabitlik və suveren dövlətlərin inkişafına şərait yaradır.

– “Hər şeydən öncə Amerika” şüarı altındakı xarici siyasətimiz Amerikanın dünyadakı nüfuzuna lazımı şəkildə haqq qazandırır, ona sülh, tərəqqi və uğurlu cəmiyyətlərin inkişafı üçün şərait yaradan müsbət qüvvə kimi yanaşır.

Tərcümə Strateq.az-ındır.