XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

20 Dekabr 2017 - 18:29

Novruz Məmmədov:"Bu gün beynəlxalq aləmdə yaranan gərginlikdə "Financial Times"ın da məsuliyyəti var"

Qərbdə özünü beynəlxalq münasibətlərin məkrli və qərəzli aktorları kimi aparan mətbuat orqanlarından biri də "Financial Times"dır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Təəssüflər olsun ki, Qərbdə bir sıra mətbuat orqanları son 2-3 onillikdə özlərini beynəlxalq münasibətlərin aktorları kimi aparmağa başladılar. Özü də çox məkrli və qərəzli aktor kimi. Onlardan biri də "Financial Times"dır.

Amma bir həqiqəti anlamağın vaxtı çatıb ki, yalan, böhtan, qərəzli məlumatlar yaymaqla məşğul olan mətbu orqan artıq mətbu orqan olmaq missiyasını itirir. "Financial Times" şübhəsiz ki, bu sıradadır və bu gün beynəlxalq aləmdə yaranan gərginlikdə onun da məsuliyyəti var.

Əgər həqiqətən də sizin haqq-ədalətlə bağlı iddialarınız varsa, son 20-30 ildə dünyanın müxtəlif ölkələrində yüz-minlərlə günahsız insanın həlak olması ilə bağlı obyektiv araşdırmaları ortaya qoyun! Gücünüz çatmır, yoxsa… illərlə problemi ilə məşğul olduğunuz Yaxın Şərqi "xoşbəxt etdiniz"?

Azərbaycana bir dəfə də olsun səfər etməyən, reallıqlardan xəbəri olmayan, Yaqland haqqında onun ölkəsində yayılmış məlumatlara göz yuman bu iki üzdəniraq müəllif özlərini hələ utanmadan professor, müstəqil ekspert hesab edirlər".