XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 12:39

“İndoneziya və Azərbaycan bütün dünyada əhəmiyyətli işlər görə bilər” –Səfir

“İndoneziya və Azərbaycan bütün dünyada əhəmiyyətli işlər görə bilər”.

Strateq.az xəbər verir ki, bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fanani KIV nümayəndələri ilə görüşündə açıqlama verib.

Səfir bildirib ki, 2018-ci ildə Cakartada Azərbaycan Dili Mərkəzi fəaliyyətə başlayacaq.

Fəaliyyəti dövründə Azərbaycanın bir çox ali təhsil ocaqlarında olduğunu, görüşlər keçirdiyini xatırladan səfir vurğulayıb ki, rəsmi Cakarta Azərbaycanın bütün təhsil ocalqlarının İndoneziyanın universitetləri ilə əməkdaşlıq etməsinə çalışır. Onun sözlərinə görə, 2018-ci ildə  İndoneziya Azərbaycanla əsasən təhsil və akademik sahələrdə əlaqələrin inkişafına çalışacaq: “Birlikdə fəaliyyət göstərməklə İndoneziya və Azərbaycan bütün dünyada əhəmiyyətli işlər görə bilər”.

Cari ildə Azərbaycan və İndoneziya arasında xüsusilə, iqtisadi və mədəni sahələrindəki əlaqələrin 2015-2016-cı illərlə müqayisədə daha yüksək templə inkişaf etdiyini vurğulayan səfir,  ölkələrimiz arasındakı  əlaqələrin inkişafında azərbaycanlı gənclərin rolunu xüsusi qeyd edib.  

Bu günə kimi Bakıda iki dəfə İndoneziya Mədəniyyət Festivalı keçirildiyini xatırladan H.B.Fanani deyib ki, növbəti ilin sentyabr-oktyabr aylarında Azərbaycanda üçüncü İndoneziya Mədəniyyət Festivalının keçirilməsi planlaşdırılır:“Eyni zamanda  qarşılıqlı səfərlər, iş adamları arasında əməkdaşlıq, təqaüd proqramlarının həyata keçirilməsinə çalışacağıq".

Görüşdə səfir ölkələrimiz arasında il ərzində idxal və ixracata dair qeydə alınan statistik rəqəmləri də diqqətə çatdırıb. H.B.Fanani deyib ki, 2015-2016-cı illərdə bu rəqəm 19 milyon idisə, cari ildə 46 milyon dollar həcminə çatıb.

SƏMLA