XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 15:15

Senatın sədr müavini:"Ermənistan BMT qətnamələrini icra etməyənə qədər onu dövlət kimi tanımayacağıq"

Pakistan Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyir və Ermənistanı dövlət kimi tanımaqdan imtina edir.

Bunu Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidari Bakıda keçirilən "2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə qətnamələrini icra etməyənə qədər Pakistan öz fikrində qalacaq: “Çünki Pakistan Azərbaycanla qardaşlıq münasibətlərinə xüsusi önəm verir".

Trend