Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb.
"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının məlumatında bildirilir.
Yanvarda başa çatacağı gözlənilən sanksiyaların müddəti 2018-ci ilin iyulun 31-dək uzadılıb.
Sanksiyaların müddətinin uzadılmasına səbəb Ukraynadakı münaqişənin nizamlanmasına dair Minsk razılaşmalarının tam həcmdə icra olunmaması göstərilir/APA.