XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

23 Dekabr 2017 - 19:21

Prezidentliyə namizədliyi elan olunmuş VİP sədri tərəfdarları ilə görüşüb- Foto

Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin partiya fəalları və tərəfdarları ilə görüşü keçirilib.

“Ambassador Otel”də təşkil olunan görüşdə bir sıra tanınmış ictimai fəallar və media rəhbərləri də iştirak ediblər.

Görüşdə geniş çıxış edən Əli Əliyev VİP-in 2017-ci ildəki fəaliyətini dəyərləndirib və partiyanın 2018-ci il planları haqqında ətraflı məlumat verib.

2017- ci ili VİP üçün əlamətdar tarix kimi dəyərləndirən Ə.Əliyev, bu sırada VİP-in mayın 28-də keçirilmiş IV Qurultayını xüsusi qeyd edib.

Əli Əliyev VİP Məclisinin onun 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürdüyünü vurğulayaraq, bütün diqqətin bu siyasi kampaniyaya yönəldiləcəyini söyləyib.

VİP sədri müxalifət qüvvələrinin indiki zəruri şəraitdə də bir araya gələ bilməməsinin təəssüf doğurduğunu söyləyib.

Hakimiyyətin 2018-ci il seçkilərinə hazırlıqlarını dəyərləndirən VİP sədri qeyd edib ki, onda olan məlumata əsasən, YAP iqtidarı gələnilki seçkilərə də İlham Əliyevin namizədliyi ilə qatılacaq. O, bu addımı hakimiyyətdaxili qruplar arasında anlaşma əldə olunması ilə əlaqələndirib.

Əli Əliyev hazırda müxalifətin əsas resursunun narazı elektorat olduğunu bildirərək, cəmiyyətin böyük kəsiminin dəstək və etimadını qazanmaq üçün bir araya gəlməyə çağırıb.

VİP sədri çıxışında Qarabağ münqaişəsinin həlli, təhsil, səhiyyə və digər mühüm sahələr üzrə partiyanın görüşlərini açıqlayıb.

Əli Əliyev çıxışdan sonra görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb(azpolitika).