XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 May 2016 - 22:23

“Zaman axarında”:Şən Jukov, qayğılı Montqomeri və xaraba Berlində doğulan yeni dünya -FOTO

 

jukov

 

 Böyük Vətən Müharibəsi adlanan qanlı müharibə özü ilə dünyanın yeni xəritəsini doğurdu. Faşist Almaniyasının xarabalıqları üzərində doğulan yeni Avropa 20-ci əsrdə iki süper dövlətin – SSRİ və ABŞ-ın ideoloji davalarına yol açan "soyuq müharibə"ni çiyinlərində daşıdı. İndi isə bu qələbənin 70 yaşının tamamında yenə yeni dünya qurulur. Fotodakı xaraba Almaniya isə bu dünyaya yön verən yeni bir oyunçuya çevrilib.

Fotoda: Berlin, 1945-ci ilin iyulu. SSRİ-nin və Böyük Britaniyanın Almaniyada yerləşən ordu qruplarının rəhbərləri xaraba Berlinin küçələri ilə addımlayır. Sovet İttifaqı Marşalı Jukov, Konstantin Rokossovski və general-feldmarşal Bernard Montqomeri.

Indi düşmənə çevrilən bu dövlətlər o vaxt əl-ələ verərək Hitleri tarixə gömdülər. Amma iddialarını və maraqlarını bölə bilmədilər.

Foto Brandenburq darvazaları önündə şəstlə addımlayan QALİBLƏRİ göstərir. Qaliblər heç vaxt ittiham olunmur. Dünyada gücün qüdrəti danılmazdır. Və bu gün də bu belədir.

X. SƏFƏROĞLU