XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 December 2017 - 14:26

Serj Sərksiyan Qarabağdan danışdı:“Problemin yalnız sülh yolu ilə həlli birinci sırada yer alır”

“Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həll olunması bizim xarici siyasətimiz və təhlükəsizliyimizlə bağlı gündəliyin birinci sırasında yer alır”.

Strateq.az bildirir ki, bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan Xarici İşlər Naziriliyində Yeni il və Milad bayramı münasibəti ilə təşkil edilmiş qəbulda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir illik fasilədən sonra Cenevrdə baş tutmuş Ermənistan və Azərbaycan prezidentlərinin görüşü nəticəsində birgə bəyanat qəbul edilib və gərginliyin azaldılması üçün razılıq əldə olunub.

Sərkisyan Ermənistanın 2017-ci ildə qazandığı naliyyətlər sırasında Avropa İttifaqı ilə imzalanmış tərəfdaşlıq sazişini qeyd edib.