XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

29 Dekabr 2017 - 17:55

Tofiq Zülfüqarov:“Qarabağdakı ermənilərə muxtariyyat vermək təklifi öz aktuallığını itirib”

 

 “Hazırda Dağlıq Qarabağdakı ermənilərə muxtariyyat vermək təklifi öz aktuallığını itirib”.

Strateq.az bildirir ki, bu sözləri Meydan.TV-yə açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov münaqişənin həlli ilə bağlı Azərbaycanın təklif etdiyi bu ideyanı şərh edərkən deyib. O, geniş muxtariyyat məsələsini şərh etməyin çətin olduğunu deyib: “Çünki konflikt fərqli müstəviyə yönəlib və Ermənistan-Azərbaycan konflikti adlanır. Erməni icması konfliktin xırda hissəsidir, rəqəmlərə baxsaq, bu icma müharibədən əvvəl 128 min nəfərdən ibarət idi.  Müharibə və atəşkəsin yaratdığı fəsadlar nəticəsində əhali iki dəfə azalıb. Eyni zamanda, BMT-nin məlumatına görə bölgədə etnik təmizləməyə məruz qalan azərbaycanlılar 758 min idi”.

Sabiq nazir daha sonra qeyd edib ki, müharibə iki dövlət arasındadır və Ermənistan Azərbaycan ərazilərini anneksiya etmək niyyətindədir: “Sadəcə, erməni icmasının təhlükəsizliyi və digər məsələlər əsas niyyəti gizlətmək üçündür. Biz açıq şəkildə Ermənistanla müharibə apardığımızı və ərazi bütövlüyümüzü bərpa edəcəyimizi deməliyik”.

Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan Ermənistan ordusunu bölgədən kənarlaşdırandan sonra müxtəlif təkliflər gündəmə gələ bilər: “Amma şərt belə olmalıdır: Əgər Ermənistan 1988-ci ildə ərazilərindən qovduqları 200 min azərbaycanlını qaytarmağa razı olsa və onlara hansı hüquqları versə, biz eyni hüquqları verməyə hazır olduğumuzu ifadə etməliyik. Əks təqdirdə, muxtariyyat barədə danışmağa ehtiyac yoxdur”.