XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

29 Dekabr 2017 - 21:35

Vəkili İlqar Məmmədovla görüşüb –Avropa Məhkəməsinin məktubu REAL rəhbərinə verilməyib

Dekabrın 29-da vəkil Fuad Ağayev 2 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan REAL Hərəkatinin lideri İlqar Məmmədovla görüşüb.

Azadlıq radiosunun məlumatına görə, görüşdə məqsəd Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) və Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) məktublarını İ.Məmmədova çatdırmaq olub.

Vəkil qeyd edib ki, sənədlərin İlqar Məmmədova çatrdırılmasına imkan verilməyib. Səbəb həmin məktubların ingilis dilində olmasıdır: «Bunların deməyindən belə çıxır ki, mən Avropa İnsan Haqları Məhkəməsinə, Avropa Şurası Nazirlər Komitəsinə deməliyəm ki, sənədi mənə görə Azərbaycan dilində hazırlayın».

F.Ağayev baş verənləri təkcə İ.Məmmədova yox, həm də vəkil olaraq özünə təzyiq kimi dəyərləndirib. Vəkil deyib ki, İ.Məmmədovun səhhəti ilə bağlı isə hər hansı şikayəti yoxdur. Vəkilin bu açıqlamasına 2 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyindən və Penitensiar Xidmətdən hələlik münasibət almaq mümkün olmayıb.

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də baş vermiş İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub.  İ.Məmmədov kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.