XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

30 Dekabr 2017 - 09:58

Heydər Əliyevin sabiq müşaviri:“Rusiya Qarabağla bağlı “5 rayon” məsələsini alver obyektinə çevirib”

“5 rayon məsələsi Rusiyanın əlində bir alver obyektinə çevrilib”.

Bu sözləri prezident Heydər Əliyevin sabiq müşaviri Qabil Hüseynli rusiyalı ekspert Duqinin bununla bağlı dediklərini musavat.com-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, ilkin variantda 5 rayonun ermənilərin heç bir şərt irəli sürmədən geri qaytarılması məsələsi müzakirə edilərsə, bəlkə də buna razılaşmaq olar: “Amma Qərb, Avropa Birliyi, Amerika işğal edilmiş ərazilər dedikdə 7 rayonu nəzərdə tuturlar. Doğrudan da sülhə doğru getmək istəyiriksə, 7 rayonun qaytarılması gündəmə gətirilməlidir. Amma 5 rayon deməklə Rusiya Azərbaycanla alver etmək istəyir. Bu alverin əsas mahiyyəti odur ki, Dağlıq Qarabağa keçici status verilsin. Bu keçisi status Dağlıq Qarabağı məsələsini yeni bir mərhələyə qaldırır. Bu mərhələ də gələcəkdə Dağlıq Qarabağın müstəqilliyi üçün tramplin rolunu oynaya bilər. Bu baxımdan düşünürəm ki, 5 rayon məsələsi də aldadıcıdır.

Onun sözlərinə görə, burada söhbət işğal edilmiş ərazilərimizdən və ərazi bütövlüyümüzdən getdiyi üçün Azərbaycanın bu məsələyə yanaşması tamam fərqlidir. Azərbaycan 7 rayonun geri qaytarılması məsələsini müzakirə edə bilər: “ Daha sonra isə Dağlıq Qarabağa Azərbaycanın tərkibində respublika statusu verə bilər. Bu məsələnin ən ədalətli həlli yoludur. Başqa cür variantların təklif edilməsi Dağlıq Qarabağı Azərbaycanın əlindən almağa xidmət edir. Ermənilər hətta naz edirlər ki, bir qarış torpaq da geri qaytarmayacağıq. Çünki onlar arxalarında rusları görüb, bu qədər özlərində əminlik hiss edirlər. Bütün dünya hazırda separatizmə qarşıdır. Çünki Avropada da artıq bu tipli narahatedici proseslər baş verir.

Q.Hüseynlinin sözlərinə görə, Azərbaycanın aprel savaşı tipli bir əməliyyat həyata keçirməsi ilə bağlı deyilənlərə münasibət bildirmək çətindir. Çünki hərbi əməliyyatların başlaması məsələsi çox risklidir: “Sözsüz ki, Azərbaycan ordusu hazırlıqlarını hər an davam etdirməlidir. Amma düşünürəm ki, torpaqlarımızı azad etmək üçün daha münasib zamanı gözləməyə məcburuq. Çünki Rusiyanın önə sürdüyü həll variantları var. Bütün bunlar məsələyə ehtiyatlı yanaşmağı tələb edir”.