XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2018 - 15:38

Birinci vitse-prezident:"İran və Azərbaycanın güclü münasibətləri var"

İran və Azərbaycanın güclü münasibətləri var. Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Birinci vitse-prezidenti İshaq Cahangiri deyib.

Ərdəbil əyalətində yerli toplantıda çıxış edən İ.Cahangiri bildirib ki, qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi İranın əsas prioritetidir.

Əyalətin Azərbaycanla sərhəddə olduğunu vurğulayan vitse-prezident qeyd edib ki, Ərdəbil bu imkandan Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi üçün yararlana bilər.

O əlavə edib ki, İran zəngin təbii ehtiyatları, ixtisaslaşmış işçiləri, həmçinin sərfəli coğrafi mövqeyi daxil olmaqla nəhəng potensiala malikdir.