XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 10:46

Prezident İlham Əliyev Tatarıstana səfər edəcək

Tatarıstan prezidentinin səlahiyyətlərini icra edən Rüstəm Minnixanov Azərbaycana işgüzar səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşüb.

Virtualaz.org saytı xəbər verir ki, bu görüş barədə xəbəri və fotonu Tatarıstan mənbələri yayıblar.

Xəbərdə deyilir ki, görüşdə tərəflər elektron xidmətlərin göstərilməsi, neft-kimya sənayesi, gəmi tikintisi, avtomobil istehsalı və turizm sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər.

Minnixanov prezident Əliyevi Tatarıstana cavab səfərinə dəvət edib. Azərbaycan prezidenti bu dəvəti qəbul edib və xəbərə əsasən İlham Əliyevin Rusiya Federasiyasının bu subyektinə səfəri iyun ayında baş tuta bilər. O, səfər zamanı Tatarıstanın innovativ infrastrukturu və investisiya obyektləri ilə tanış olmağı planlaşdırır.