XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

05 Yanvar 2018 - 15:06

Azərbaycanlı gənclər Tbilisidə İrana dəstək aksiyası keçirib –FOTOLAR

 

Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc Tbilisi şəhərində İrana dəstək aksiyası keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, İranın Gürcüstandakı səfirliyi qarşısında keçirilmiş aksiyada iştirakçılar İranda hakimiyyət əleyhinə təşkil olunmuş etirazları pisləyib. Gənclər "Allahu əkbər, Xamneyi rəhbər!" şüarı səsləndirib.

Səfirlik qarşısında eyni vaxtda İrandakı etirazları dəstəkləyən bir qrup iranlı da aksiya keçirib. Onların aksiyası "Xamneyi diktator, İranı tərk et!" şüarı altında keçib.