XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2018 - 20:55

Tofiq Abbasov:“İran Suriya və İraqdakı siyasətindən dönməyəcək”

 

“İranı bürüyən etirazlar sosial-iqtisadi səbəblərdən yaranıb”.

Bunu politoloq Tofiq Abbasov Turan-ın "Çətin sual" proqramına müsahibəsində bildirib. Onun fikrincə, son illər İran hökuməti, dini rəhbərlər bölgə problemlərinə daha çox diqqət ayırdığına görə daxildə olan iqtisadi bloku sanki özbaşına buraxıblar. Bu, sosial zəmində olan problemlərin bir qədər də kəskinləşməsinə, işsizliyin artmasına səbəb olub. İlk növbədə gənclər arasında işsizlik 30 faizi ötüb.

Ölkədə baş verənlərin əsasən xarici amillərlə bağlı olmasına gəlincə, bu fikirlər ondan qaynaqlanır ki, ilk günlərdə əsasən iqtisadi tələblər səslənirdi, şüarlar iqtisadi xarakter daşıyırdı, ancaq sonra yavaş-yavaş siyasi tələblər yer aldı: İran rəhbərləri, o cümlədən də ali dini rəhbər ayətullah Əli Xamneyi bildirdi ki, bu, bilavasitə xaricdən yönələn bir prosesdir. Belə fikrə gəlməkdə xarici qüvvələrin özləri də xeyli əsaslar verdilər. İsrailin baş naziri və digərləri İran nümayişçilərinə dəstək verdilər, onlara yardım edəcəklərini bildirdilər”.

Ekspertin sözlərinə görə, İran Suriya və İraqdakı siyasətindən dönməyəcək: Çünki o tərəfə kifayət qədər diqqət, resurs, səfərbərlik yönəldib. Əgər İran gördüyü işlərin hamısını indi qapatsa, bu o deməkdir ki, ölkənin xarici siyasətində, bölgə geosiyasətində böyük səhvlər var. Bütün bu proseslərin hamısını İran hökuməti bir günün içərisində, bir il ərzində reformasiya etməyəcək. Əksinə, ola bilsin ki, diqqəti bir az problemlərdən azaldıb, resurs bazasının imkanlarını ölkə daxilinə yönəldəcəklər.

Hakimiyyət disproporsiyanı götürüb, proporsional şəkildə xərclənən vəsaitlərin hamısını xarici siyasətlə daxili siyasət arasında düzgün bölməli olacaq”.