XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

05 Yanvar 2018 - 22:40

ATƏT-in yeni sədri Qarabağla bağlı prioritetlərini açıqlayacaq –Yanvarın 11-də

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Anjelino Alfano 2018-ci ildə fəaliyyətinin prioritetlərini yanvarın 11-də Vyanada keçiriləcək Daimi Şuranın iclasında açıqlayacaq.

Bu barədə "Report"a ATƏT-in katibliyindən bildiriblər. Xatırladaq ki, yanvarın 1-də ATƏT-ə sədrliyi Avstriyadan qəbul edən İtaliyanın regionda uzun sürən bir sıra münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini davam etdirəcəyinə söz verdiyi bildirilib.

"İtaliya mövcud formatlar vasitəsilə bir sıra uzun sürən münaqişələrin həlli üzrə ATƏT-in fəaliyyətini gücləndirəcək. ATƏT məkanında olan münaqişələrin həlli üçün formatlar məlumdur. 2008-ci ildə Gürcüstanda baş verən münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə Cenevrə beynəlxalq müzakirələr formatı yaradılıb. Moldovanın Dnestryanı bölgəsindəki münaqişənin həlli üçün "5+2" formatı mövcuddur. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində 3 həmsədr ölkə ilə birlikdə cəhdlərimizi davam etdirəcəyik", – A.Alfano vurğulayıb.