XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 January 2018 - 14:05

YAP-dan təkzib:  “Üzvlük haqqını artırmamışıq”

“Yeni Azərbaycan Partiyasında üzvlük haqları artırılmayıb. Bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, partiyada üzvlük haqqının məbləği minimum 1 manatdır. Qeyd edək ki, bəzi saytlarda YAP-da üzvlük haqlarının 1 manatdan 2 manata qaldırılması ilə bağlı məlumat yayılıb.