XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 January 2018 - 23:20

2017-ci ildə ABŞ-da bir milyondan çox xarici tələbə təhsil alıb –Azərbaycanlıların sayı da açıqlandı

Müstəqillik dövründə 6000-dən çox azərbaycanlı ABŞ hökumətinin maliyyələşdirdiyi mübadilə proqramları ilə ABŞ-a səfər edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində yazıb. Beynəlxalq Təhsil İnstitutunun məlumatına əsasən, 2017-ci ildə ABŞ-da 1.078.822 xarici tələbə təhsil alıb. 156.879 xarici tələbə qəbul edən Kaliforniya ştatının kollecləri və universitetləri 2017-ci ildə tələbələr arasında ən populyar olub. 118.000-dən çox xarici tələbəyə ev sahibliyi edən Nyu-York ştatı isə ikinci yerdə qərarlaşıb.

Xəritədə qırmızı rənglə 2017-ci ildə xarici tələbələrin sayına görə ən populyar ştatlar göstərilir.