XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

11 Yanvar 2018 - 17:38

“Biz Tehranın regiondakı fəaliyyətindən narahatıq, ancaq…” –Federika Mogerini

İranın nüvə proqramı üzrə Birgə hərtərəfli Fəaliyyət Planının icrası çərçivəsində rəsmi Tehrana qarşı sanksiyaların aradan qaldırılması beynəlxalq ticarətə və Avropa İttifaqının (Aİ) İranla iqtisadi münasibətlərinə müsbət təsir göstərib.

Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini İranın xarici işlər naziri ilə danışıqların yekununu şərh edərkən deyib.

Xanım F.Mogerini qeyd edib ki, Aİ sanksiyaların ləğvi prosesinin tamamilə başa çatdırılmasına təkid edir.

O əlavə edib ki, İranla nüvə razılaşması işləyir və Avropa İttifaqı onun bütün iştirakçıları tərəfindən icrasına nail olmağa çalışacaq:

"Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramının dinc xarakterli olduğunu təsdiq edib. Bu saziş İranın nüvə proqramı üzərində nəzarəti təmin etməyə imkan verir".

Bununla belə, F.Mogerini İranın raket proqramından narahatlığını gizlətməyib: "Biz Tehranın raket proqramı və onun regionda fəaliyyəti ilə bağlı narahatlığımızı ifadə edirik. Lakin qeyd edirik ki, bu məsələlər nüvə sazişinin icrasından ayrılmalıdır".