XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2018 - 11:34

ABŞ-dan İtaliyaya Qarabağla bağlı müraciət:“Problemin həllinə qətiyyətli dəstək verin”

ABŞ ATƏT-in İtaliya sədrliyini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün Minsk Qrupunu dəstəkləməyə çağırıb.

Bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyi təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq bəyanatında bildirib.

Missiyanın bəyanatında qeyd olunur: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, biz sizdən münaqişənin sülh yolu ilə həllinə dair Minsk qrupunun səylərini artırmaq üçün öz nümayəndənizə və onun missiyasına hərtərəfli və qətiyyətli dəstək verməyinizi xahiş edirik. Ermənistan və Azərbaycan prezidentlərinin 2017-ci il Cenevrədəki zirvə görüşünün ümidverici olduğunu nəzərə alınmalıdir". (Trend)